Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin “Fəxri Fərmanı” ilə təltif edilib.
Dövlət Xidmətnin rəisi, general-leytenant Arzu Rəhimovun imzaladığı “Fəxri Fərman” qəsəbə bələdiyyəsinin sədri Ramiz Nəsbova “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq sərəncamından irəli gələn vəzifələrin icrasında, eyni zamanda Vətən müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi hissələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələriylə komplektkləşdirilməsi işinin təşkilində yüksək əzmkarlıqla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına köməklik göstərdiyinə və arxa cəbhədə fəalığı ilə fərqləndiyinə görə təltif edilib.
Qeyd edək ki, R.Nəsibov 30.07.2015-ci il tarixdən Bakıxanov bələdiyyəsinin sədri vəzifəsinə seçilib.
|
|
|